AZ

Çinli işçilər Komsomolsk-na-Amure şəhərində etiraz aksiyası keçiriblər

Komsagram və "Kasatkin yazır" layihələri tərəfindən yayımlanan video yazılara əsasən, aprelin 12-si səhər saatlarında 100-dən çox çinli işçi Komsomolsk-na-Amure küçələrində yürüş edib. Yürüşdən sonra etirazçılar Pervostroiteli prospektindəki səkilərdə və yaşıllıqlarda oturublar.

Oxuməni.az xəbər verir ki, şahidlərin "Ostorojno novosti"yə verdiyi məlumata görə, etiraz aksiyasını neft zavodunun yaxınlığında yerləşən tikinti şəhərciyindən olan "Petro-Xehua" şirkətinin işçiləri təşkil ediblər. Videolardan göründüyü kimi, onlar çin və rus dillərində plakatlar tutublar və Rusiya Prezidenti Vladimir Putinə və "Rosneft"in rəhbəri İqor Seçindən kömək istəyiblər.

"Kasatkin yazır" Telegram kanalının müəllifinin məlumatına görə, şəhər rəhbəri Dmitri Zaplutayev etirazçılarla görüşə gedib. Merin "VKontakte" səhifəsində şəhər administrasiyası və hüquq-mühafizə orqanlarının çinli işçilərlə danışıqlar apardığı barədə məlumat yerləşdirilib. Lakin sonradan bu məlumat silinib.

Aksiya yerində xidmət aparan polis və Rosqvardiya etirazçıları saxlamıyıb.

Komsomolsk-na-Amure neft zavodunun çinli işçiləri 2021-ci ilin noyabrında da oxşar aksiya keçirmişdilər, bunun səbəbi isə əməkhaqqının ödənilməməsi idi. O zaman onlar vətənlərinə qayıtmaq tələbini irəli sürmüşdülər.

Almaz Həsənli

Seçilən
13
1
oxumeni.az

2Mənbələr