AZ

Tarixdə bu gün – 13 aprel nə günüdür?

Tarixdə
Tarixdə hər bir gün müxtəlif hadisələrlə yadda qalır.
1news.az 13 apreldə baş vermiş hadisələri təqdim edir:

1204-cü il 13 aprel — Dördüncü Səlib Yürüşüün iştirakçıları Konstantinapolu ələ keçirərək Bizans imperiyasını müvəqqəti süquta uğratdılar.
1849-cu il 13 aprel — Macarıstan respublika idarəetmə formasına keçdi.
1870-ci il 13 aprel — Nyu-Yorkda Metropoliten muzeyi təsis alınıb.

1918-ci il 13 aprel tarixində - Trabzon konfransı nəticəsiz bitdikdən sonra Zaqafqaziya Seymi türk qoşunlarının yürüşünü dayandırmaq üçün Osmanlıya müharibə elan etmək barədə qərar qəbul edib.
1919-cu il 13 aprel — Türkiyə Qurtuluş Savaşı: Qars ingilislər tərəfindən işğal olundu.
1944-cü il 13 aprel - Azərbaycanda təşkil olunan 223-cü diviziya Avstriyanın paytaxtı Vyananı azad etdi.
1958-ci il 13 aprel — Amerikalı pianoçu Van Klibern Moskvada keçirilən Beynəlxalq Çaykovski Müsabiqəsinin qalibi oldu.
1987-ci il 13 aprel — Portuqaliya və Çin arasında imzalanmış sazişə görə Makao 1999-cu ildə Çinə təhvil verilməli idi.
1997-ci il 13 aprel — Tayger Vuds dünyada master seriyalı qolf turnirini qazanan ən gənc qolfçu oldu.
1998-ci il 13 aprel - Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev "Azərbaycan Respublikası dövlət atributlarının təbliği işini gücləndirmək haqqında" fərman verdi.
2004-cü il 13 aprel - Prezident İlham Əliyev Türkiyəyə ilk rəsmi səfərə gedib. Səfər gedişində Azərbaycanla Türkiyə arasında uzunmüddətli iqtisadi əməkdaşlıq sazişi" və digər sənədlər imzalanıb.

Seçilən
6
1news.az

1Mənbələr