AZ

Bu xəstəlik demensiya maskası altında gizlənə bilər

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Psixiatr Maria Ştan vərəm meningitinin demensiyaya bənzər əlamətlərlə gizlənə biləcəyi barədə xəbərdarlıq edib. Onun fikrincə, bu xəstəlik zamanı insanlarda yaddaş problemləri, diqqət pozuntusu və həddindən artıq əsəbilik kimi hallar müşahidə edilir.Demokrat.az xəbər verir ki, vərəm mikobakteriyalarının törətdiyi bu iltihab beyin qişalarını zədələyən ən ağır infeksiyalardan hesab olunur. Bakteriyalar beyinə adətən ağciyərlərdən və ya limfa düyünlərindən qan vasitəsilə keçir. Xəstəliyin ilk mərhələləri yaşlılıqla bağlı yaddaş zəifliyini xatırlatsa da, sonradan vəziyyət kəskinləşir.“Xəstəlik nadir hallarda rast gəlinir və əsasən vərəm infeksiyasının geniş yayıldığı regionlarda yaşayan şəxslərdə müşahidə olunur. Vərəm meningiti demensiya maskası altında gizlənə bilər, lakin sonradan yüksək hərarətlə müşayiət olunan nevroloji simptomatika artır. Klinik mənzərə diqqətin cəmlənməsinin pozulması, cari və keçmiş hadisələrə dair yaddaşın zəifləməsi, kəskin gücsüzlük, süstlük, artmış yorğunluq və əsəbiliklə xarakterizə olunur. Hətta sağalma dövründə belə, xəstələrdə qeyri-sabit amnestik sindrom və emosional qeyri-sabitlik qala bilər”, – deyə Maria Ştan bildirib.Həkimin sözlərinə görə, xəstəlik irəlilədikcə şüur qarışıqlığı yaranır və bu, komaya qədər gətirib çıxarır. Ən ağır hallarda beynin üzvi zədələnməsi ilə nəticələnən psixoüzvi sindrom inkişaf edir. Lakin vaxtında müdaxilə həyat qurtarır.“Xəstəliyin proqressivləşməsi fonunda şüurun qarışıqlığı artır, daha sonra dərin şüur pozuntusu və hətta koma inkişaf edə bilər. Vaxtında başlanılan spesifik müalicə ilə xəstələrin 90–95 faizində müsbət nəticə əldə olunur. Müalicə aparılmadıqda isə xəstəlik ölümcül xarakter daşıyır”, – deyə ekspert qeyd edib.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
demokrat.az

1Mənbələr