"Hizbullah" hərəkatı ölkədə yeni vətəndaş müharibəsinin başlaya biləcəyini istisna etmir.
Publika.az xəbər verir ki, bu barədə hərəkatın siyasi şurasının rəhbər müavini Mahmud Komati bəyanat yayıb.
O bildirib ki, "Hizbullah" hazırda Livan hökumətinə dözməyə davam edir, lakin hadisələrin inkişafı ilə bağlı masada bütün variantlar, o cümlədən daxili qarşıdurma ehtimalı var.
İranla sıx əlaqələri olan "Hizbullah" Yaxın Şərqdəki eskalasiyadan dərhal sonra İsrailə hücum edib. Cavab olaraq İsrail Livanda hərbi əməliyyatlara başlayıb. Hərəkat rəhbərliyi bu yaxınlarda Müctəba Xameneyinin İranın Ali lideri seçilməsini alqışlayaraq, Tehranın xəttinə sadiq qalacaqlarını bir daha təsdiqləyib.