AZ

Toni Kroos “Real”a qayıda bilər

"Real Madrid" rəhbərliyi komandanın keçmiş yarımmüdafiəçisi Toni Kroosa vəzifə təklif etmək niyyətindədir.

Missiya.Az xəbər verir ki, bu barədə “AS” qəzeti məlumat yayıb.

Bildirilib ki, alman mütəxəssisin geri dönüşünə təşəbbüskar "Real Madrid"in prezidenti Florentino Peresdir.

Toni Kroosun gələn mövsümdən etibarən "Real Madrid"in idman strukturunda vəzifə alacağı və klubun gələcək inkişafına töhfə verəcəyi gözlənilir.

Xatırladaq ki, Toni Kroos 2024-cü ilin yayında peşəkar karyerasına son qoyaraq "Real Madrid"dən ayrılıb. O, "Real Madrid"lə dördqat İspaniya çempionu və beşqat Çempionlar Liqasının qalibi olub.

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr