AZ

Dmitriyev: Macarıstandakı seçkilər Aİ-nin dağılmasını sürətləndirə bilər

Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Macarıstanda keçirilən parlament seçkilərinin nəticələrinin Avropa İttifaqının dağılmasını sürətləndirə biləcəyini iddia edib.

“İki sahil” xəbər verir ki, Dmitriyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib: “Bu, yalnız Aİ-nin dağılmasını sürətləndirəcək. Dörd ay sonra baxın, haqlı olub-olmadığımı görün”.

Məlumata görə, o, bu açıqlamanı britaniyalı ultrasağ fəal Tommi Robinsonun Macarıstandakı seçkilərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən edib.

Qeyd edək ki, Macarıstanda aprelin 12-də keçirilən parlament seçkilərində “Tisa” partiyası qalib gələrək parlamentdə 199 yerdən 138-ni qazanıb.

Seçilən
4
1
ikisahil.az

2Mənbələr