AZ

Yağdəyişmə: vakuumla edək, yoxsa ənənəvi qaydada? FOTO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün bir çox yağdəyişmə məntəqəsində mühərrikdəki köhnə yağ vakuum nasosları vasitəsi ilə çıxarılır. Lakin, bəzi sürücülər bu üsula etibar etməyərək və köhnə yağın ənənəvi üsulla boşaldılmasını istəyirlər. Bəs hansı üsul doğrudur?

Avtosfer.az xəbər verir ki, köhnə mühərriklərdə karter polad lövhədən hazırlanır və yağboşaltma dəliyi ən aşağıda yerləşir. Qaynar yağ axıb özü ilə birgə bütün çöküntüləri də xaric edir. 

Sonrakı model mühərriklərdə isə karter alüminium ərintisindən, ya da plastik kütlədən hazırlanır. Bu modellərdə yağboşaltma yeri aşağıda deyil, kənardadır. Bu cür karterdə hər dəyişmə zamanı 200 qramadək köhnə yağ və yonqar qalır. Onlar mühərrikin elə ilk dövrlərindən yeni yağa qarışaraq fəsad yaratmağa başlayır.

Müasir vakuum nasosları elə qurulub ki, onlar karterin ən aşağı nöqtəsinə yol taparaq  işlənmiş yağı bütünlüklə çıxara bilirlər. Həm də bu zaman karterin qoruyucusunu açmağa, maşını qaldırmağa və ya baxış qanovuna girməyə ehtiyac olmur. Ekoloji və əmək təhlükəsizliyi təmin edilir, yağdəyişmə doltunun yivləri sıradan çıxmır. 

Lakin Yaponiya və SSRi-də istehsal edilmiş bəzi köhnə modellərdə bu sistem işə yaramır. Mühərrikin konstruksiyası yağölçmə şupundan daxil olaraq karterə girməyə imkan vermir. Belə modellərdə ənənəvi üsul qüvvədə qalır.

Vüqar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
avtosfer.az

1Mənbələr