AZ

Portimaoda tarixi uğur – Avropa Çempionatı başa çatdı

Bakı. Trend:

8-12 aprel tarixlərində Portuqaliyanın Portimao şəhərindəkeçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ÇempionatıAzərbaycan gimnastikası üçün əlamətdar nəticələrlə yekunlaşıb.

Trend bubarədə Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbərverir.

Bildirilib ki, ölkəmiz bu mötəbər yarışda gənclər və böyükləryaş kateqoriyalarında ümumilikdə 23 gimnastla təmsil olunub vəidmançılarımız yarış boyunca yüksək performans nümayişetdiriblər.

Təsnifat mərhələlərindən uğurla keçən gimnastlarımız bir sırakateqoriyalar üzrə yarımfinal və final mərhələlərində mübarizəaparıblar. Batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudovaçempionatı 56.550 xalla 4-cü, Maqsud Mahsudov isə 60.080 xalla 6-cıpillədə tamamlayıb.

Komanda yarışlarında həm gənclər, həm də böyüklərdən ibarətheyətlərimiz final mərhələsinə vəsiqə qazanaraq tarixi nailiyyətəimza atıblar. Böyüklərdən ibarət komanda finalda 4-cü yeri tutaraqyüksək nəticə göstərib.

Sinxron proqramlarda da gimnastlarımız uğurla çıxış edərəknövbəti mərhələlərə yüksəlib, ölkəmizi layiqincə təmsilediblər.

İkili-mini batut üzrə gənclərdən ibarət komandamız finalayüksələrək Azərbaycan gimnastikası tarixində yeni səhifə açıb. Eynizamanda Ammar Baxşalıyev fərdi proqramda finalda mübarizəaparıb.

Tamblinq üzrə çıxışlar xüsusilə yadda qalan olub. Komandamızfinal mərhələsində yüksək nəticə göstərərək gümüş medal qazanıb.Fərdi proqramda isə Tofiq Əliyev 29.300 xalla Avropa çempionatınıngümüş medalına layiq görülüb. Bu nəticə onun Avropaçempionatlarında ardıcıl olaraq qazandığı ikinci gümüşmedaldır.

Bu çempionat Azərbaycan gimnastikası tarixində ilk dəfə olaraqhəm gənclər, həm də böyüklər yaş kateqoriyalarında batutgimnastikası üzrə komanda hesabında, eləcə də ikili-mini batut üzrəgənclər arasında final mərhələlərinə yüksəlməklə yadda qalıb.

Azərbaycan gimnastları Avropa çempionatında ümumilikdə mümkünolan 16 final mərhələsindən 13-nə yüksələrək yarışın ən uğurluiştirakçıları sırasında yer alıb.

Seçilən
10
10
az.trend.az

10Mənbələr