AZ

Ukrayna Macarıstanla bağlı qərarını ləğv etdi

BAKI, 13 aprel. TELEQRAF

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Kiyevin vətəndaşların Macarıstana səyahət etməməsi ilə bağlı tövsiyələrini ləğv etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada bildirib.

“Dünən Macarıstanda seçki kampaniyasının başa çatması ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyi vətəndaşlara Macarıstana səyahətdən çəkinmək üçün ilkin tövsiyələrini ləğv edir”, - nazir vurğulayıb.

Sibiq ümid edir ki, seçkilərin nəticələri ikitərəfli münasibətlərin normallaşmasına gətirib çıxaracaq.

Ukrayna Xarici İşlər Nazirliyi bundan əvvəl təxribat riski səbəbindən ölkə vətəndaşlarını Macarıstana səyahət etməməyə və ya oradakı parlament seçkilərinə müşahidəçi göndərməməyə çağırmışdı.

Macarıstan Milli Seçki Bürosunun məlumatına görə, aprelin 12-də keçirilən parlament seçkilərində Peter Madyarın rəhbərlik etdiyi müxalif “Tisa” Partiyası parlamentdəki 199 yerdən 138-ni qazanıb. Baş nazir Viktor Orban partiyasına məğlub olduğunu etiraf edib.

Seçilən
15
teleqraf.com

1Mənbələr