AZ

ABŞ-da Trampın devrilməsi üçün proses başladı

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Brennan ABŞ prezidenti Trampın vəzifəyə yararsız olması səbəbindən istefaya göndərilməli olduğunu bildirib.

Publika.az xəbər verir ki, MKİ-nin keçmiş rəisi iddia edir ki, ABŞ Konstitusiyasına vəzifədən zorla uzaqlaşdırılmanı nəzərdə tutan 25-ci düzəliş "Donald Tramp kimi insanları nəzərdə tutaraq yazılıb".

Obamanın prezidentliyi dövründə ABŞ casusluq agentliyinin rəhbəri vəzifəsində çalışmış Con Brennan şənbə günü “MS Now”a verdiyi açıqlamada Trampın İran sivilizasiyasını məhv etməsi və bir çox insanın həyatına təhlükə yaratması ilə bağlı son sərt açıqlamalarına görə Oval Ofisdən istefa verməyə layiq olduğunu bildirib.

Keçmiş direktor bildirib ki, "Bu adam açıq-aydın dəlidir. Düşünürəm ki, 25-ci Düzəliş Donald Tramp kimi insanları nəzərdə tutaraq yazılıb".

Brennan əlavə edib ki, Tramp ABŞ-ın nüvə arsenalı da daxil olmaqla, sərəncamında olan geniş atəş gücü ilə baş komandan kimi vəzifəsini davam etdirməyə icazə verilməyəcək qədər böyük bir problemə çevrilib.

Seçilən
14
publika.az

1Mənbələr