AZ

Məşhur aktyor yeni serialla qayıdır

Türkiyəli məşhur aktyor Mehmet Bozdoğanın yeni layihəsi bəlli olub.

Hit.az xəbər verir ki, təcrübəli aktyor yeni seriala çəkiləcək.

O, “Operasyon Alesta” adlı layihədə rol alacaq. Aktyor sözügedən ekran işində “İsmail” obrazına həyat verəcək. “Tabii”də yayımlanacaq serial 10 bölümdən ibarət olacaq. 

Bəs Mehmet Bozdoğan hansı layihələrdə çəkilib?
 
48 yaşlı aktyor karyerası ərzində “Öyle Bir Geçer Zaman ki”, “Karadayı”, “Payitaht Abdülhamid”, “Çukur”, “Şampiyon”, “Uyanış: Büyük Selçuklu”, “Üç Kuruş”, “Mahkum” və “Sahipsizler” kimi iddialı seriallarda rol alıb.

Pərviz

Seçilən
9
hit.az

1Mənbələr