AZ

​16 illik iqtidarı devirən liderdən ilk açıqlama

Xəbər verdiyimiz kimi, Macarıstanda keçirilən son parlament seçkilərində 16 ildir hakimiyyətdə olan Baş nazir Viktor Orban məğlub olub. Müxalif Tisza Partiyasının lideri Peter Magyar seçkilərdə qalib gələrək ölkədə yeni siyasi mərhələnin əsasını qoyub.
Metbuat.az xəbər verir ki, yeni lider ilk açıqlamasında Macarıstan üçün “təhlükəsizlik, sülh və azadlıq” vəd edib. O bildirib ki, hökumət vətəndaşların həyatına müdaxilə etməyəcək və ölkədə demokratik idarəetmə gücləndiriləcək. Magyar həmçinin korrupsiyaya qarşı mübarizə aparacaqlarını və dövlət xidmətlərini yaxşılaşdıracaqlarını vurğulayıb.

Ekspertlər bu seçkini Macarıstan üçün tarixi dönüş nöqtəsi kimi qiymətləndirir. Qeyd olunur ki, yeni hakimiyyət Avropa İttifaqı ilə münasibətləri bərpa etməyə və ölkənin beynəlxalq mövqeyini gücləndirməyə çalışacaq.

Seçilən
0
metbuat.az

1Mənbələr