“Barselona”nın hücumçusu Robert Levandovski bu yay "Milan"a keçməyə ümid edir.
Publika.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, futbolçu şəxsi olaraq xidmətlərini İtaliya klubuna təklif edib və onun agentləri artıq “rossoneri”nin nümayəndələri ilə ilk görüşü keçiriblər.
Bildirilir ki, Robertin MLS-dən maliyyə baxımından sərfəli təklifi var, lakin o, məhz “Milan”a keçidi üstün tutur. Bunun üçün isə komandanın mövsümün sonunda UEFA Çempionlar Liqasına vəsiqə qazanması vacibdir.