AZ

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların vəziyyəti açıqlanıb

Bakı. Trend:

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların hazırk vəziyyətiaçıqlanıb.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2nəfərin müalicəsi Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasındadavam etdirilir.

Məlumata görə, dəqiqləşdirilməmiş virus meninqoensofalitdiaqnozu təyin edilən pasiyentlərin vəziyyəti stabilqiymətləndirilir.

"Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adınaUşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən vəmeninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin vəziyyəti isə ağırstabil olaraq qalır", - əlavə edilib.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəmqazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanadaölüb.

Zəhərlənən uşaqların atası ölən övladının dəfni zamanı"TikTok"da canlı yayım açıb. O, cənazə ilə canlı yayımı sosialşəbəkələrdə yaydığı üçün uşaqlar dövlət qurumları tərəfindənnəzarətə götürülüb.

Seçilən
3
1
az.trend.az

6Mənbələr