AZ

ABŞ İrana qarşı dəniz blokadasına başlayacaq – Tarix açıqlandı


ABŞ ordusu 13 apreldə İranın dəniz blokadasına başlayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkə səhifəsində dərc olunmuş bəyanatında məlumat verib.
Bəyanata görə, İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatının blokadası Şərq vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə saat 17:00) başlayacaq.
Mərkəzi Komandanlıq tədbirlərin vətəndaşlığından asılı olmayaraq İran limanlarına daxil olan və çıxan bütün gəmilərə şamil ediləcəyini qeyd edib.
“CENTCOM qüvvələri, prezidentin fərmanına uyğun olaraq, 13 apreldə saat 10:00-da (Bakı vaxtı ilə saat 17:00) İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatının blokadasına başlayacaq. Blokada obyektiv şəkildə İran limanlarına və ya sahil ərazilərinə daxil olan və çıxan bütün ölkələrin gəmilərinə tətbiq olunacaq”, - bəyanatda bildirilib.
Məhdudiyyətlər Hörmüz boğazından İrana və ya İrandan keçməyən gəmilərə təsir göstərməyəcək.
Seçilən
23
yeniavaz.com

1Mənbələr