Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamalar verib.
Banco.az xəbər verir ki, Jurnalistlərə İrana qarşı embarqo tətbiq edəcəklərini xatırladan Tramp deyib: "Digər ölkələr də bunun üzərində işləyir. Beləliklə, İran neft sata bilməyəcək və bu tədbir çox təsirli olacaq ".
İranın çox pis və çıxılmaz vəziyyətdə olduğu iddialarını təkrarlayan Tramp bildirib: "İranın heç bir halda nüvə silahı olmayacaq. Onlar hələ də onları istəyirlər və bunu dünən gecə açıq şəkildə bildiriblər. Lakin İranın nüvə silahı olmayacaq ".
İranın ABŞ ilə danışıqlara qayıdıb-qayıtmayacağı soruşulduqda, Tramp cavab verdi: "Onların geri qayıdıb-qayıtmamasının fərqi yoxdur. Əgər qayıtmasalar, problem deyil". İranın hərbi imkanlarını məhv etdiyini iddia edən Tramp dedi: "Onlar Hörmüz boğazını açacaqlarına söz verdilər. Amma açmadılar. Yalan danışdılar".
"NATO-dan çox məyus oldum. Onlar bizi dəstəkləməyiblər. Biz NATO üçün trilyonlarla dollar ödəyirik, onlar isə bizi dəstəkləməyiblər. Bunu ətraflı qiymətləndirməliyik " deyə Tramp tənqid edib .