AZ

İlon Mask özünün "Xchat" adlı mesajlaşma proqramını təqdim edəcək

Milyarder İlon Mask tərəfindən elan edilən "XChat" mesajlaşma proqramı üçün real təqdimat tarixi müəyyənləşib – tətbiq iOS üçün 2026-cı il aprelin 17-də App Store-da istifadəyə veriləcək. Oxuməni.az xəbər verir ki, bu barədə müvafiq elan App Store-da yerləşdirilib.

Yeni mesajlaşma proqramı "X" sosial şəbəkəsinin ekosisteminin bir hissəsi olacaq və təhlükəsizlik və ünsiyyət rahatlığına yönəlmiş funksiyalar dəstini təklif edəcək. "XChat"ın imkanları arasında yazışmaların ucdan-uca şifrələnməsi, ekran görüntülərinin (skrinşot) qadağan edilməsi funksiyası, platformalararası zənglər yer alır.

Qeyd etmək lazımdır ki, "XChat" telefon nömrəsini göstərmədən zəng etməyə imkan verir ki, bu da onu əsas rəqiblərindən – xüsusilə WhatsApp və Telegram-dan fərqləndirir. Qeydiyyat üçün də telefon nömrəsi tələb olunmur.

Bundan əlavə, "XChat" yox olan mesajlar, fayl ötürülməsi və yüzlərlə iştirakçı üçün böyük qrup söhbətlərini dəstəkləyəcək. Vurğulanır ki, mesajlaşma proqramında reklam olmayacaq ki, bu da rəqibləri ilə müqayisədə onun əlavə üstünlüyü ola bilər.

Android versiyasının iOS versiyası ilə eyni vaxtda çıxıb-çıxmayacağı, yoxsa daha sonra buraxılacağı hələlik məlum deyil.

Almaz Həsənli

Seçilən
22
1
oxumeni.az

2Mənbələr