"Barselona"nın vingeri Lamin Yamal yay transfer pəncərəsində ulduz hücumçu ilə klubun hücum xəttini gücləndirməkdə maraqlı olduğunu bildirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fichajes" yayıb.
Mənbənin məlumatına görə, 18 yaşlı futbolçu Kataıoniya təmsilçisinin rəhbərliyinə "Qalatasaray"ın hücumçusu Viktor Osimheni uyğun namizəd hesab etdiyini bildirib.
Nigeriyalı forvard bu mövsüm bütün turnirlərdə 29 oyunda 19 qol vurub və 7 məhsuldar ötürmə edib.
Mirağa