AZ

Aprel taleyi dəyişəcək BÜRCLƏR

2026-cı ilin aprel ayında bəzi bürclər üçün sevgi həyatı sürprizlərlə dolu olacaq.

KONKRET.az xəbər verir ki, astroloqlar bu dövrdə yaşanan emosiyaların uzunmüddətli təsir göstərə biləcəyini qeyd edirlər.

Qoç
Aprel ayı Qoçlar üçün ehtiras və cəsarət dövrüdür. Hisslərinizi daha açıq ifadə edəcək, sevgidə ilk addımı atmaqdan çəkinməyəcəksiniz. Ayın ortasından sonra isə həyatınıza qəfil daxil olan biri ürəyinizi sürətlə fəth edə bilər.

Buğa
Buğalar üçün aprel romantikanın zirvə nöqtəsidir. Cazibəniz artır, diqqət mərkəzində olursunuz. Xüsusilə ayın sonuna doğru sosial mühitdə yeni və maraqlı biri ilə tanışlıq ehtimalı yüksəkdir.

Əkizlər
Ayın əvvəlində bir az qarışıqlıq və gizli hisslər ön planda ola bilər. Lakin ayın sonuna yaxın vəziyyət tam dəyişir – flirt, diqqət və romantik fürsətlər sizi tapır. Gözlənilməz bir sevgi hekayəsi başlaya bilər.

Xərçəng
Xərçənglər üçün sevgi daha çox ünsiyyət və dost çevrəsi vasitəsilə gəlir. Yeni tanışlıqlar sizi həyəcanlandıra bilər. Amma ayın sonuna doğru daxili hisslərinizi analiz etmək istəyəcək və seçimlərinizə daha ciddi yanaşacaqsınız.

Şir
Şirlər üçün aprel sevgi baxımından çox uğurludur. Mövcud münasibətlər möhkəmlənə bilər, eyni zamanda yeni və maraqlı biri ilə tanışlıq da mümkündür. Səyahət və ya uzaq məsafəli əlaqələr ön plana çıxa bilər.

Qız
Qız bürcü üçün ay bir qədər həssas başlayır – xırda mübahisələr mümkündür. Amma bu sizi dayandırmamalıdır. Təhsil, səyahət və ya yeni mühitlərdə gözlənilmədən aşiq olmaq ehtimalınız var./milliaz

Seçilən
5
3
konkret.az

4Mənbələr