AZ

Tramp masanı dağıtdı: İrana qayıtmaq üçün yalvarmayacağıq, vəziyyətləri onsuz da bərbaddır

ABŞ Prezidenti Donald Tramp İslamabadda uğursuzluqla bitən sülh danışıqlarından sonra İranın taleyi ilə bağlı növbəti səs-küylü bəyanatını verib.

Musavat.com xəbər verir ki, Tramp Tehranın danışıqlar masasına qayıdıb-qayıtmamasının onun üçün heç bir əhəmiyyət kəsb etmədiyini bildirərək, ABŞ-ın "maksimum təzyiq" kursunu davam etdirəcəyinə işarə vurub.

Tramp İran nümayəndə heyətinin danışıqlardan çəkilməsinə və ya masaya qayıtmamasına tamamilə biganə olduğunu vurğulayıb. "Əgər qayıtmasalar, bu, məni tam qane edir", — deyə o qeyd edib.

ABŞ lideri hazırda müharibə və sanksiyalar altında olan İranın iqtisadi və hərbi baxımdan "çox pis durumda" olduğunu iddia edib. Trampın fikrincə, Tehran artıq "çıxılmaz və ümidsiz" bir mövqedədir.

Bu çıxış Cey Di Vens və Cared Kuşnerin rəhbərlik etdiyi nümayəndə heyətinin İslamabadı tərk etməsindən dərhal sonra gəlib. Tramp bununla göstərir ki, Vaşinqton artıq güzəşt axtarmır və qarşı tərəfin tam təslimiyyətini gözləyir.

Analitiklər Trampın bu sözlərini atəşkəsin bitməsinə az qalmış (21 aprel) psixoloji müharibənin yeni mərhələsi kimi qiymətləndirirlər. Tehranın "güc diplomatiyası" bəyanatına Tramp "iqtisadi və hərbi çöküş" mesajı ilə cavab verib.

Trampın bu sərt mövqeyi neft bazarlarında qeyri-müəyyənliyi artırıb və İslamabaddakı sülh ümidlərinin üzərindən birdəfəlik xətt çəkib. İndi bütün dünya aprelin 21-dən sonra hərbi əməliyyatların hansı intensivliklə bərpa olunacağını gözləyir.

Musavat.com

Seçilən
14
50
musavat.com

10Mənbələr