AZ

Rusiyanın üzərində 30-dan çox Ukrayna dronu...

Rusiya hava hücumundan müdafiə sistemləri ötən gecə ərzində 33 Ukrayna dronunu məhv edib. Hücum gecə yarısından səhərə qədər davam edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 12 aprel saat 12:00-dən 13 aprel saat 7:00 arasında növbətçi hava hücumundan müdafiə qrupları sabit qanadlı dronları məhv edib. Dronlar altı bölgə üzərində vurulub.

Siyahıya Belqorod, Kursk, Rostov, Bryansk və Smolensk vilayətləri daxildir. Rusiyanın işğalı altında olan Krım üzərində də dronlar vurulub.

Seçilən
13
publika.az

1Mənbələr