AZ

ABŞ və İsrailin İranla bağlı planı Mühüm detallar üzə çıxdı

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“ABŞ və İran arasında danışıqların ilk raundu fasilə ilə başa çatıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Anatoly Vasserman deyib.

O bildirib ki, ABŞ İrana istənilən nüvə tədqiqatını qadağan etmək, raket və pilotsuz uçuş aparatlarının hazırlanmasını dayandırmaq, həmçinin müttəfiqlərinə dəstək verməkdən imtina etdirmək niyyətindədir.

Deputatın fikrincə, bu halda İran “asan hədəfə” çevriləcək və ehtimal ki, işğal altına düşməkdənsə, döyüşdə məhv olmağı üstün tutacaq.

Bundan əlavə, Vassermanın sözlərinə görə, İsrail hakimiyyəti çoxdan belə qənaətə gəlib ki, qonşularla normal münasibətlər qurmaq şansı yoxdur.

“Ona görə də İsrail qonşuların daim bir-biri ilə münaqişədə olmasına çalışır. Bunun üçün isə Yaxın Şərqdə az-çox sağlam qüvvələri məhv etmək lazımdır. Yəni İsrailə görə İran rəhbərliyi bütün mümkün vasitələrlə aradan götürülməlidir,” – deyə o qeyd edib.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
globalinfo.az

1Mənbələr