AZ

ABŞ İran limanlarına dəniz mühasirəsi tətbiq edəcək

BAKI,TurkicWorld, Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Tramp İranın dəniz ticarətinə qarşı kəskin addım ataraq, bu ölkənin limanlarına giriş-çıxış edən bütün gəmilərin blokadaya alınacağını elan edib.

TurkicWorld xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə "Truth Social" platformasındakı rəsmi hesabında məlumat paylaşıb. Dövlət başçısı qeyd edib ki, ABŞ saat 10:00-dan etibarən İran limanlarına daxil olan və ya bu limanları tərk edən bütün gəmilərə qarşı rəsmi blokada tətbiq olunacaq.

Prezident Tramp paylaşımını bu qərarın icrasına dərhal başlanılacağını vurğulayaraq, "Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm" sözləri ilə yekunlaşdırıb. Bu addım regionda gərginliyin yeni mərhələyə qədəm qoyması və beynəlxalq dəniz ticarətinə ciddi təsir göstərəcəyi ehtimalı ilə qiymətləndirilir.

Seçilən
17
turkic.world

1Mənbələr