AZ

ABŞ Aralıq dənizində hərbi gücünü artırır

BAKI,TurkicWorld, Orxan Qədirzadə

ABŞ ordusunun Şərqi Aralıq dənizindəki hərbi hərəkətliliyi kəskin artıb. Peyk görüntüləri dünyanın ən böyük aviadaşıyıcısı olan "USS Gerald R. Ford"un regiondakı yeni mövqeyini üzə çıxarıb.

TurkicWorld xəbər verir ki, "Sentinel-2" peykindən əldə edilən görüntülərə əsasən, aprelin 10-da "USS Gerald R. Ford" aviadaşıyıcısı Krit adasından 330 kilometr məsafədə, adaya doğru hərəkət edərkən görüntülənib. Aprelin 2-də Xorvatiyanın Split limanından ayrılan aviadaşıyıcı qrupunun bu manevrləri ABŞ-ın regiondakı hərbi hazırığını artırması fonunda baş verir.

Eyni zamanda, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing KC-135R Stratotanker" tipli yanacaq doldurma təyyarəsinin Krit adasındakı Hanya hava limanından Böyük Britaniyanın "Mildenhall" bazasına enişi zamanı zədələndiyi məlum olub. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə təyyarənin gövdəsində ciddi aşınma və zədə izləri görünür. Bu hərbi yerdəyişmələr ABŞ və İran arasında İslamabadda keçirilən dolayı danışıqların nəticəsiz qalmasından sonrakı gərginlik dövrünə təsadüf edir.

Seçilən
21
turkic.world

1Mənbələr