AZ

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Bakı. TurkicWorld:

13-17 aprel tarixlərində Ağdərə rayonu ərazisindəki təlim mərkəzində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda bildirilib.

Seçilən
7
49
turkic.world

10Mənbələr