AZ

Yeni lider Putinlə danışıqlar aparacaq

Macarıstan parlament seçkilərində qalib gələn Tisza Partiyasının lideri Peter Maqyar Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu açıqlayıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, lakin o, bu cür əlaqələrin "dostcasına" olmayacağını vurğulayıb.  

Macarıstanın "Nepszava" qəzetinə verdiyi müsahibədə Maqyar qeyd edib ki, Macarıstan istənilən halda  Moskva ilə dialoqu davam etdirməli olacaq. O, bunu coğrafiya və iqtisadi amillər, əsasən enerji ilə əlaqələndirib.

"Rusiya prezidenti ilə görüşməli olacağıq. Nə Rusiyanın, nə də Macarıstanın coğrafi mövqeyi dəyişməyəcək. Enerji asılılığımız da qalacaq. Danışıqlar aparacağıq", - deyə o bildirib.

Maqyar həmçinin bildirib ki, Moskva ilə dialoqda Ukraynanın maraqlarını təmsil etmək niyyətində deyil.

Seçilən
35
1
unikal.az

2Mənbələr