AZ

Ölkə ikincisi olan Röya dünya ikincisinin tələbəsi OLDU

Bakı Ali Neft Məktəbinin V kurs tələbəsi Röya Qasımova dünya reytinqinin ikincisi olan London İmperial Kollecinin Maliyyə və mühasibat ixtisası üzrə magistratura pilləsinə qəbul alıb.

Redaktor.az "Azərbaycan Universitetləri” səhifəsinə istinadla xəbər verir ki, Röya 2021-ci ildə 683.2 bal toplayaraq II qrup üzrə ölkə ikincisi seçilərək Prezident təqaüdünə layiq görülüb.

2024-cü ildə mübadilə ilə Almaniyada Schmalkalden Tətbiqi Elmlər Universitetində 1 semestr təhsil alıb.

2024-cü ilin dekabr sessiyasında “Financial Reporting” imtahanında 95% nəticə göstərərək ölkə üzrə ən yüksək balı toplayıb və “National Prizewinner” adına layiq görülüb.


Seçilən
24
8
azia.az

9Mənbələr