AZ

ABŞ 13 aprel tarixindən İran limanlarına dəniz blokadası tətbiq edəcək

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ Mərkəzi Komandanlığı İran limanlarına gedən və oradan çıxan gəmilərə qarşı dəniz blokadası tətbiq ediləcəyini elan edib. Tədbirlər ABŞ vaxtı ilə 13 aprel saat 10:00-da qüvvəyə minəcək və Prezident Donald Trampın sərəncamına əsaslanacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Mərkəzi Komandanlığın sosial şəbəkədə "X" sosial şəbəkə hesabında yaydığı açıqlamada bildirilir.

“ABŞ Mərkəzi Komandanlığı qüvvələri İran limanlarına daxil olan və onradan çıxan bütün dəniz hərəkətini blok edəcək”, - deyə qeyd edilib.

Açıqlamada bildirilir ki, məhdudiyyətlər bütün ölkələrin gəmilərinə münasibətdə bərabər şəkildə tətbiq ediləcək: “Blokada İran limanlarına və sahil bölgələrinə daxil olan və ya onlardan çıxan bütün ölkələrin gəmilərinə münasibətdə eyni qaydada tətbiq olunacaq”, - deyə biıdirilir.

Eyni zamanda, ABŞ hərbçiləri vurğulayıblar ki, Ormuz boğazı vasitəsilə digər ölkələrin limanlarına gedən gəmilərin tranziti məhdudlaşdırılmayacaq: “Mərkəzi Komandanlıq qüvvələri Ormuz boğazından İran limanlarına aid olmayan gəmilərin hərəkət azadlığına mane olmayacaq”, - deyə qeyd edilib.

Əlavə izahatların tədbirlər qüvvəyə minməzdən əvvəl ticarət donanmasının nümayəndələrinə çatdırılması planlaşdırılır.

“Bütün dənizçilərə tövsiyə olunur ki, "Dənizçilər üçün xəbərdarlıqlar" yayımını izləsin və Oman körfəzi və Hörmüz boğazı yaxınlığında hərəkət edərkən ABŞ Hərbi Dəniz Qüvvələri ilə 16-cı kanal vasitəsilə əlaqə saxlasınlar” – deyə açıqlamada bildirilib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
bizimyol.info

1Mənbələr