AZ

Macarıstanda Orban dövrü başa çatdı: Madyarın Tisa Partiyası parlament seçkilərində qalib gəlib

Müxalifətdəki Tisa Partiyası Macarıstan seçkilərində qalib gələrək Milli Assambleyadakı (birpalatalı parlament) 199 yerdən 138-ni qazanıb. Beləliklə, Milli Seçki Bürosunun məlumatına görə, o, növbəti dörd il ərzində ölkənin ən yüksək qanunvericilik orqanında konstitusiya çoxluğuna sahib olacaq.

Tisa lideri, Avropa Parlamentinin üzvü Peter Madyar may ayının əvvəlində keçiriləcək parlamentin ilk iclasında baş nazir seçiləcək. Dəqiq tarixi Macarıstan prezidenti Tamaş Şujok təyin edəcək. Madyar hökumət başçısı vəzifəsində sağçı mühafizəkar Fides-Macarıstan Vətəndaş Birliyinin rəhbəri Viktor Orbanı əvəz edəcək.

Laslo Toroçkayın rəhbərlik etdiyi ifrat sağçı "Bizim Vətənimiz" partiyası altı yer qazandı. Demokratik Koalisiya və parodiya "İkiquyruqlu Köpək Partiyası" da daxil olmaqla digər partiyalar parlamentə düşmək üçün 5% həddini keçə bilmədilər.

Milli Seçki Bürosu səslərin 98,63%-ni saydıqdan sonra bu nəticələri dərc etdi. Ekspertlər qalan bülletenlərin yoxlanılmasının heç bir fərq yaratmayacağını bildirirlər.

Əziz MUSTAFA

Seçilən
23
oxumeni.az

1Mənbələr