AZ

Bakı Beynəlxalq Qadınlar Klubu Bahar Kermesi adlı xeyriyyə tədbiri keçirib

Newscenter.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi və töhfələri ilə Bakı Beynəlxalq Qadınlar Klubunun (International Women"s Club Baku) ənənəvi Bahar Kermesi (Charity Bazaar) adlı xeyriyyə tədbiri keçirilib.Newscenter.az xəbər verir ki, tədbirin açılış mərasimində millət vəkilləri, hökumət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin diplomatik nümayəndələrinin rəhbərləri və təmsilçiləri, paytaxt sakinləri və şəhərimizin qonaqları iştirak edib. Tədbirin açılış mərasimində çıxış edən Bakı Beynəlxalq Qadınlar Klubunun prezidenti, Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin həyat yoldaşı Asemgül Bayel xeyriyyə tədbirinə təşrif buyuran hər kəsi salamlayaraq artıq ənənə halını almış bu kimi tədbirlərin həm xeyriyyə aksiyası, həm də fiziki qüsurlu insanların öz bacarıqlarını, əl işlərini nümayiş etdirmək baxımından da əhəmiyyətli olduğunu deyib. Rəhbərlik etdiyi qurumun yaranma tarixi barədə məlumat verən Asemgül Bayel qeyd edib ki, Bakı Beynəlxalq Qadınlar Klubu otuz ildən artıq müddət əvvəl təsis edilib. Klubu təsis etməkdə məqsəd müxtəlif ölkə və mədəniyyətləri təmsil edən qadınları dostluğunun, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, eləcə də xeyriyyə və sosial layihələrin dəstəklənməsidir. Xanım Bayel qeyd edib ki, Bakı Beynəlxalq Qadınlar Klubu qeyri-kommersiya təşkilatıdır. Asemqul Bayel diqqətə çatdırıb ki, ötən 30 il ərzində rəhbərlik etdiyi qurum bir sıra layihələr, xeyriyyə aksiyaları həyata keçirib. Nəticə etibarilə klubub keçirdiyi tədbirlər minlərlə insanı əhatə edib:“Bu günkü xeyriyyə alsiyası da Klubun həyata keçirdiyi layihələrdən, xeyriyyə tədbirlərindən biridir. Tədbir boyunca azərbaycanlı və xarici ustaların əl işi məhsulları, şəhid ailələri, müharibə qaziləri və onların ailələri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, çoxuşaqlı ailələrin anaları, tək valideynli və aztəminatlı ailələr, eləcə də xəstə övladı olan analar tərəfindən hazırlanmış əl işi məhsullar və rəsmlər xeyriyyə aksiyası çərçivəsində satışa çıxarılacaq. Aksiyadan əldə edilən gəlir qeyd etdiyimiz təbəqələrdən olan insanların üzləşdikləri bu və ya digər problemlərin həllinə yönəldiləcək”.Tədbirdə çıxış edən mədəniyyə nazirinin müavini Səadət Yusifova, millət vəkili Hicran Hüseynova, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner və digərləri tədbirin əhəmiyyətindən danışıb, bu cür aksiyaların həm müxtəlif mədəniyyətlərin bir-biri ilə yaxınlaşması, bunun üçün geniş əməkdaşlıq imkanlarının açılması, həm də xüsusi qayğıya ehtiyacı olan, həssas təbəqənin təmsilçilərinin əl işlərinin nümayişi, onların satışının təşkili baxımından əhəmiyyətli olduğunu vurğulayıblar”.Qazaxıstanın Azərbaycandakı fövqəladə və salahiyyətli səfiri Alim Bayel də çıxışından tədbirin əhəmiyyətindən danışıb, müxtəlif mədəniyyət, adət-ənənələri birləşdirən və təbliğ edən, eyni zamanda xeyriyyə məqsədi daşıyan bu kimi tədbirlərin keçirilməsinə dəstək nümayiş etdirməkdən məmnunluğunu ifadə edib, bundan sonra da diplomatik nümayəndəliyin bu kimi tədbirlərə dəstək verəcəyini diqqətə çatdırıb.Qeyd edək ki, tədbir boyunca ziyarətçilər maraqlı şou proqramlar, rəqslər və konsert izləmək, eyni zamanda müxtəlif hədiyyələrin qazanıla biləcəyi lotereya oyunlarına qatılmaq imkanı əldə ediblər. Tədbirdə təkcə Qazaxıstan deyil, eləcə də digər Orta Asiya respublikaları, Türk dövlətləri, eyni zamanda Avropa ölkələrinin diplomatik nümayəndəlikləri də aktiv iştirak ediblər. Onlar iştirakçılara beynəlxalq mətbəxlərdən ləzzətli təamlar təqdim ediblər.Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
1
newscenter.az

2Mənbələr