AZ

ABŞ prezidenti Roma Papasını sərt tənqid etdi

ABŞ prezidenti Donald Tramp Roma Papası XIV Leonu tənqid edib.

Musavat.com xəbər verir ki, o, Truth Social-da Katolik Kilsəsinin rəhbərinin "cinayətkarlıqda zəif və xarici siyasətdə dəhşətli" olduğunu iddia edib, pontifikin İran və Venesuela ilə bağlı mövqeyi ilə razılaşmadığını yazıb. Prezidentin sözlərinə görə, o, "İranın nüvə silahına sahib olmasının məqbul olduğunu düşünən" və ABŞ-ın Venesuelaya qarşı hərəkətlərini tənqid edən bir Papa istəmir. Tramp həmçinin ABŞ administrasiyasına qarşı tənqidləri qəbul etmədiyini bildirib.

Trampın fikrincə, Ağ Evdəki hadisələr olmasaydı, XIV Leo indiki vəziyyətində olmazdı. O, papanı "solçu radikallara meyl etməyi dayandırmağa" və "kilsə rəhbərinin vəzifələrini yerinə yetirməyə diqqət yetirməyə" çağırıb.

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr