AZ

Ayrı ayrılıqda ikisi də faydalıdır Amma, birlikdə yeyildikdə mədədə daşlaşır

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Sağlam qidalanmaq deyəndə ağlımıza ilk gələn məhsullar bəzən mədəmiz üçün əsl sınağa çevrilir. Sən demə, ayrı-ayrılıqda çox faydalı bildiyimiz qidaları bir yerdə yedikdə bədənimizə xeyirdən çox ziyan vura bilərik. Bu uyğunsuzluq həzm sistemini yorur və orqanizmin həmin məhsullardan vitamin almasına mane olur.Məsələn, son vaxtlar pomidor və avokado ikilisinin o qədər də yaxşı fikir olmadığı deyilir. Hər ikisi çox zəngin tərkibə malik olsa da, mədədə eyni vaxtda emal olunmaları çətindir. Pomidorun turşuluğu ilə avokadonun yağlı tərkibi birləşəndə həzm prosesi ləngiyir. Bu da gün ərzində özümüzü ağır hiss etməyimizə, köp və qaz kimi narahatlıqlara yol açır.Məsələ təkcə narahatlıqla bitmir. Belə mühitdə faydalı yağ turşularının quruluşu dəyişir, nəticədə orqanizm onlardan tam yararlana bilmir. Yəni çox faydalı bir salat yediyinizi düşünsəniz də, əslində vücudunuzu yormuş olursunuz. Mütəxəssislər bunu həm də həmin qidaların mədədə fərqli müddətlərdə həzm olunması ilə izah edirlər.Əgər bu iki məhsuldan imtina etmək istəmirsinizsə, bəzi kiçik hiylələr var. Məsələn, pomidoru zeytun yağı ilə bir az bişirmək onun turşuluğunu azaldır. Avokadonu isə xiyar və ya qaynadılmış yumurta ilə yemək daha rahatdır. Ən yaxşısı isə bu cür fərqli qidaların qəbulu arasında bir az fasilə verməkdir ki, mədəniz hər birini rahatlıqla həzm edə bilsin.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
demokrat.az

1Mənbələr