Nəriman Axundzadənin çıxış etdiyi "Kolambus Kryu" MLS-də növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, onlar "Orlando Siti" ilə qarşılaşıb. Görüş heç-heçə başa çatıb - 1:1.

N. Axundzadə qarşılaşmada forma geyinməyib. O, əvvəldən-sona qədər ehtiyatda qalıb.

Qeyd edək ki, "Kolambus Kryu"nun yeganə qoluna sabiq "Fənərbağça"lı Dieqo Rossi imza atıb.