AZ

Kuba Prezidenti: ABŞ ilə dialoq mümkün, lakin çətindir

Kuba Prezidenti Miqel Dias-Kanel iki ölkə arasında onilliklər boyu davam edən gərginlikləri əsas gətirərək, ABŞ ilə dialoqun mümkün, lakin çətin olduğunu bildirib.

"Far.Az" xəbər verir ki, Dias-Kanel bunu NBC-yə müsahibəsində deyib.

"Kuba miqrasiya, narkotik qaçaqmalçılığı və təhlükəsizlik kimi məsələlərdə Vaşinqtonla əlaqə qurmağa hazırdır, lakin bu əlaqə hörmət və bərabərlik əsasında qurulmalıdır", - o vurğulayıb və ABŞ-nin son ritorikası ilə bağlı narahatlıqlarını ifadə edib.

Kuba Prezidenti ABŞ-nin sanksiyalarını tənqid edib və məhdudiyyətlərin adadakı iqtisadi çətinlikləri kəskinləşdirdiyini, xüsusilə də yanacaq qıtlığına səbəb olduğunu açıqlayıb.

Prezident Kubanın çökmək ərəfəsində olması ilə bağlı iddiaları rədd etsə də, əhalinin üzləşdiyi çətinlikləri etiraf edib.

Seçilən
20
1
far.az

2Mənbələr