AZ

Tramp: XIV Lev mənim sayəmdə Roma Papası seçilib

BAKI, 13 aprel. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Roma Papası XIV Lev barədə sərt açıqlamalar verib və onun seçilməsini öz fəaliyyəti ilə əlaqələndirib.

Teleqraf xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşım edərək Papadan narazı olduğunu bildirib və onun ABŞ-nin Venesuelaya qarşı addımlarını dəstəkləmədiyini qeyd edib.

ABŞ prezidenti iddia edib ki, XIV Lev əvvəlcədən əsas namizədlər sırasında olmayıb və onun seçilməsi müəyyən mənada ABŞ ilə münasibətlərin qurulması məqsədi daşıyıb. Tramp əlavə edib ki, əgər o, Ağ Evdə olmasaydı, Lev Vatikan rəhbəri seçilməzdi.

Məlumata görə, Tramp Papayı təhlükəsizlik və nüvə silahları ilə bağlı mövqeyinə görə də tənqid edib.

Qeyd edək ki, bundan əvvəl Roma Papası XIV Lev Müqəddəs Pyotr kilsəsində çıxış edərək müharibəyə qarşı çağırış edib və zorakılığın dayandırılmasının vacibliyini vurğulayıb.

Seçilən
28
teleqraf.com

1Mənbələr