AZ

Sinner Alkarası məğlub edərək dünya reytinqinin zirvəsinə yüksəlib

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

İtaliyalı Yannik Sinner Monte-Karlo şəhərində keçirilən Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) “Masters” seriyalı turnirinin finalında ispaniyalı Karlos Alkarasla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma Sinnerin 7:6 (7:5), 6:3 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, turnirdə ikinci nömrə altında səpələnmiş Sinner bu qələbə sayəsində yenidən dünyanın bir nömrəli raketka ustası adını geri qaytaracaq. Bu, 24 yaşlı italyan tennisçinin ATP turnirlərində təkli dərəcədə qazandığı 27-ci tituludur. Sinner indiyədək dörd dəfə “Böyük Dəbilqə” turnirlərinin qalibi olub: iki dəfə “Australian Open” (2024, 2025), bir dəfə “US Open” (2024) və bir dəfə “Uimbldon”da (2025) çempionluq sevinci yaşayıb. O, həmçinin 2023 və 2024-cü illərdə İtaliya yığması ilə Devis Kubokunu qazanıb.

Dünya reytinqinə ötən ilin noyabrından başçılıq edən 22 yaşlı Karlos Alkaras isə karyerası ərzində 26 ATP tituluna sahibdir. İspaniyalı tennisçi yeddi dəfə “Böyük Dəbilqə” turnirlərində – “US Open” (2022, 2025), “Uimbldon” (2023, 2024), “Roland Garros” (2024, 2025) və “Australian Open”də (2026) qalib gəlib. Alkaras həmçinin 2024-cü il Paris Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
icma.az

1Mənbələr