AZ

"Sabah"ın ikinci komandası "Turan”ı Tovuzda darmadağın etdi

Əvəzedicilər Liqasında bu gün 23-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün daha 1 oyun baş tutub.

“Turan Tovuz-2” “Sabah-2” ilə ev oyununda darmadağına üzülüb.

Daha öncə keçirilən “Zirə-2” – “Şamaxı-2” (8:1) və “Kəpəz-2” – “Araz-Naxçıvan-2” (4:1) oyunlarında da darmadağın qeydə alınıb.

Tura bu gün yekun vurulacaq.

“Turan Tovuz-2” – “Sabah-2” 0:3
Qollar: Amir Qəribov, 40. Şahin İbrahimov, 60. Əli Əlizadə, 62.

Seçilən
12
3
sportinfo.az

10Mənbələr