Almaniya millisinin və “Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala Bundestimin keçmiş qapıçısı Oliver Kanın çağırışına reaksiya verib.
Publika.az xəbər verir ki, Kan 23 yaşlı yarımmüdafiəçinin zəif formasına görə qarşıdan gələn Dünya Kubokunu buraxmalı olduğunu vurğulamışdı.
“Xeyr, mütləq Dünya Kubokuna getmək istəyirəm. Onun dediklərini oxumadım, amma mütləq Dünya Kubokuna getmək istəyirəm”, – deyə “The Touchline” Musialanın sözlərini sitat gətirib.