AZ

Orbanın uduzmasına Simonyandan qəribə REAKSİYA

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Macarıstan lideri Viktor Orban hər şeydən qorxmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu RT-nin baş redaktoru Marqarita Simonyan deyib.

O qeyd edib ki, Avropa dəyərləri artıq yoxa çıxıb:

“Avropa devalvasiyaya uğrayıb, yox olub. Bir vaxtlar dürüst, gözəl, çalışqan və ən əsası öz qanunlarına itaətkar hesab etdiyimiz Avropa artıq mövcud deyil”.

Jurnalist Orbana görə narahat olduğunu bildirib, çünki hadisələr müxtəlif yollarla inkişaf edə bilər:

“Bu, saxta xəbər dalğasından tutmuş, sui-qəsdə qədər hər şey ola bilər. Bu baxımdan, 15 may 2024-cü ildə Slovakiyada baş verən hadisə xüsusilə diqqət çəkir. O zaman Baş nazir Robert Fitso sui-qəsdə uğradı və bu, onilliklər ərzində Avropa liderinə qarşı ilk hücum oldu”.

Qeyd edək ki, aprelin 12-də Macarıstan parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. Baş nazir Viktor Orban və onun partiyası müxalifətə uduzub. Siyasətçi özü seçki nəticələrinin “başa düşülən və ağrılı” olduğunu bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
globalinfo.az

1Mənbələr