ain.az, 525.az saytına istinadən bildirir.
Macarıstanın Bakıdakı Səfirliyində bu ölkədə parlament seçkiləri çərçivəsində səsvermə uğurla keçirilib.
Bu barədə 525.az-a Macarıstanın Bakıdakı səfiri Tamaş Torman məlumat verib.
Səfir bildirib ki, Bakıda qeydiyyata alınmış 55 seçicidən 54-ü səsvermədə iştirak edib: “Göstərilən dəstəyə görə Azərbaycan hakimiyyətinə təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, Macarıstanda parlament seçkilərində seçici fəallığı ölkə tarixində rekord səviyyəyə yüksəlib. Milli Seçki Bürosu seçici fəallığının 77,8% təşkil etdiyini açıqlayıb.
Pərvanə Sultanova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.