AZ

Haitidə izdiham nəticəsində 25 nəfər ölüb, 30 nəfər yaralanıb

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Haitidə qədim Laferrye qalası yaxınlığında baş verən izdiham nəticəsində 25 nəfər həlak olub, 30 nəfər yaralanıb.

Bu barədə "Diario Libre" nəşri məlumat yayıb.

Məlumata görə, 12 nəfər hadisə yerində, daha 13 nəfər isə xəstəxanada ölüb.İlkin ehtimallara görə, qalada oksigen çatışmazlığı və pis hava şəraiti faciəyə səbəb olub.Hazırda ərazidə xilasetmə işləri davam edir.Qala UNESCO-nun dünya irsi siyahısına daxildir və bölgənin ən böyük tarixi abidələrindən biri hesab olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
apa.az

2Mənbələr