AZ

Siçovula heykəl qoydular

ain.az bildirir, 525.az portalına istinadən.

Kambocanın Siemreap şəhərində siçovula heykəl qoyublar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Maqava ləqəbli gəmiricinin yüzlərlə insanın həyatını xilas etməsi olub.

Məsələ burasındadır ki,  Belçikaya məxsus qeyri-kommersiya təşkilatı APOPO illərdir ki, minaların aşkarlanması üzrə siçovulların təlimi ilə məşğuldur. Maqava da həmin siçovullardan biri olub. 70-90 sm uzunluğu, kiloyarım çəkisi olan Afrika kisəli siçovullarından olan bu gəmiricilər insanlar üçün təhlükə yaratmır, təlimə rahat uyğunlaşır və partlayıcı maddələri daha tez aşkarlayırlqr. Amma 2013-cü il doğumlu Maqava başqalarından fərqli olaraq daha çox mina aşkarlayıb. Hətta sağlığında qızıl medalla da təltif edilib.

Qeyd edək ki, 2 metr hündürlükdə olan heykəl mina formasında postamentin üzərində quraşdırılıb. 

L.Tağıyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
525.az

1Mənbələr