AZ

İsrail müharibəni yenidən başlatmaq istəyir: gözlər Trampda

İsrailin İranla müharibəni yenidən bərpa etmək niyyətində olduğu bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə Kan News yüksək rütbəli təhlükəsizlik rəsmisinə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, İsrail tərəfi hərbi əməliyyatların yenidən başlanmasına hazırdır, lakin yekun qərar Tramp tərəfindən veriləcək siyasi mövqedən asılıdır.

Bildirilir ki, bölgədəki son gərginlik və uğursuz danışıqlar fonunda Tel-Əvivdə hərbi ssenarilər yenidən aktiv müzakirə olunur. İsrail rəhbərliyi hesab edir ki, İranın mövqeyi dəyişmədiyi halda, güc variantı yenidən gündəmə qayıda bilər.

 

Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr