Macarıstanda Tisza Partiyasının rəhbəri Peter Magyar öz sosial şəbəkə hesabında Viktor Orbanın onu qələbə münasibətilə təbrik etdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, səslərin 15.59% sayılandan sonra nəticə: Fidesz(Orban)-41.03%, TISZA(Magyar) 50.35%, Mi Hazank- 6.13% səs toplayıb.
Qeyd edək ki, hazırkı baş nazir Viktor Orban 2010-cu ildən bu vəzifədə idi.
Viktor Orban seçkilərdə məğlub olduqlarını etiraf edib. O bildirib ki, seçki nəticələri partiyası üçün aydın və ağrılıdır. O, partiyasının müxalifətdə vətənə və millətə xidmət etməyə davam edəcəyini qeyd edib./metbuat.az/