İspaniyada keçirilən aksiyalardan birində İsrailin Baş naziri Benyamin Netanyahunun maketi yandırılıb və güllələnib. Maketin üzərində “genosidçi” ifadəsi yazılıb.
Musavat.com xəbər verir ki, hadisədən sonra İsrail Xarici İşlər Nazirliyi İspaniyanın Təl-Əvivdəki müvəqqəti işlər vəkilini çağıraraq rəsmi etirazını bildirib.
Rəsmi bəyanatda Israil tərəfi Madrid hakimiyyətini antisemitizmdə və “antiisrail kompaniyasında” ittiham edib.
Musavat.com