Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İsrail Baş naziri Benyamin Netanyahunun hərbi katibi, general-mayor Roman Qofman MOSSAD kəşfiyyat xidmətinin direktoru vəzifəsinə təsdiqlənib.
Axar.az xəbər verir ki, bu barədə Baş Nazirin Ofisi məlumat verib.
Bildirilib ki, Qofmanın namizədliyi bazar günü Yüksək Təyinatlar üzrə Məşvərət Komitəsi tərəfindən təsdiqlənib.
Komitənin təsdiqindən sonra Netanyahu Qofmanı MOSSAD kəşfiyyatının növbəti direktoru təyin edilməsi ilə bağlı müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, Netanyahu Qofmanı 2025-ci ilin dekabrında bu vəzifəyə seçildiyini açıqlamışdı.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.