İqor Tyaqo İngiltərə premyer-liqasında yeni rekorda imza atıb.
"Football-plus.az" xəbər verir ki, “Brentford”un hücumçusu “Everton”la matçda (2:2) penalti ilə bu mövsüm qol sayını 20-yə çatdırıb. Bununla da o, turnirin tarixində bir mövsüm ərzində 20 qol vuran ilk braziliyalı olub.
Bundan əvvəlki maksimum göstərici 15 qol olub. Tyaqo hazırda lider olan Erlinq Holanndan (Mançester Siti) sonra bombardirlərin siyahısında 2-ci yeri tutur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta