AZ

Ötən ildən bəri zədəsi hələ də sağalmayıb

style='margin-bottom:10px;'>

"Mançester Yunayted"in müdafiəçisi Matteys de Liqtin bu mövsüm yaşıl meydanlara qayıtmaq ehtimalı xeyli azalıb.

QOL.az xəbər verir ki, BBC-nin məlumatına görə, niderlandlı futbolçu hələ də fərdi bərpa prosesi keçir və komanda ilə məşqlərə qoşulmağa hazır deyil. O, hətta İrlandiyadakı son təlim-məşq toplanışına da aparılmayıb.

Qeyd edək ki, futbolçu sonuncu dəfə ötən ilin noyabrında meydana çıxıb və zədəsi tam stabilləşmədiyi üçün bu mövsüm yenidən oynayıb-oynamayacağı qeyri-müəyyən olaraq qalır.

Seçilən
11
1
teleqraf.com

2Mənbələr