AZ

Macarıstanda parlament seçkilərində səsvermə başa çatıb

Macarıstanda parlament seçkiləri üzrə səsvermə məntəqələri bağlanıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Bürosu (NVI) məlumat yayıb.

Məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 19:00-da bağlanıb, lakin növbədə olan seçicilərə səsvermə imkanı verilib.

Seçkilərdə iştirak həddi tətbiq olunmur və seçkilər baş tutmuş sayılır.

İlkin məlumata görə, seçici fəallığı 77,8% təşkil edib ki, bu da rekord göstəricidir.

Seçilən
6
4
day.az

6Mənbələr