ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı vəfat edib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, o bu gün səhər saatlarında 42 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, zabit Azərbaycan Ordusunda uzun müddət xidmət edib. Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.
Xidməti dövründə şücaətinə görə dəfələrlə təltif edilib.
Məlumata görə, mərhum sabah Beyləqanda dəfn olunacaq.
Qeyd edək ki, Cavadov Cavid Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ilk istehkamçı ixtisaslı məzunlarından olub.
Onun fotosunu təqdim edirik.
Murad İsmayıl
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.